30 Oktyabr, 2011
Misir prezidentliyinə namizəddən Bəhreyn inqilabına dəstək

Misir prezidentliyinə namizəd Dr. Məhəmməd Səlim əl-Əva Bəhreyndə şiələrin inqilabının qanuni olub-olmaması barədə ona ünvanlanmış suala cavab olaraq deyib ki, Bəhreyndə həm şiələr həm də sünnilər yaşayır. Və əgər bir ölkədə kimsə zülm və sitəmə məruz qalırsa, tam haqqı çatır ki, inqilab etsinlər.

əl-Əva deyib ki, zalımlara qarşı qiyam etmək bütün asimani dinlərin ardıcılların hüquqlarındandır. Və sünnilərin yaxud şiələrin inqilablaını dəstəkləməkdə fərq qoyulmamalıdır.

Müsəlman Alimləri Beynəlxalq Birliyinin baş katibi şiələri rafizi adlandırılmasına da etiraz edərək bildirib ki, şiələr rafizi deyillər. Biz özümüzü əhli-sünnət alandırdığımız üçün onları kafir hesab edə bilmərik. Çünki onlar Əhli-Beytin(ə) davamçılarıdırlar.

Son olaraq Səlim əl-Əva deyib ki, Bəhreyn əhalisinin yarısından çoxunu şiələr təşkil edirlər və onların tam ixtiyarı çatır ki, zalıma qarşı inqilab etsinlər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-385.html