25 Sentyabr, 2015
Ayətullah Xameneyi həcc ziyarətində baş vermiş faciə ilə əlaqədar İranda 3 günlük matəm elan edib

İranin Ali dini lideri ayətullah seyid Əli Xamenei həcc ziyarətində yüzlərlə insanın ölməsi ilə nəticələnən faciə ilə əlaqədar 3 günlük matəm elan edib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barədə ayətullahın dəftərxanasının rəsmi saytı məlumat yayıb.

Bəyanatda deyilir: "Səudiyyə hökuməti bu acı hadisənin məsuliyyətini qəbul etməlidir. Nəzərdən qaçırmamalıdır ki, hadisə yalnış idarəçilik və tədbirlər nəticəsində baş vermişdir. Hadisədə həlak olanların yaxınlarına baş sağlığı verir və ölkədə üç günlük matəm elan edirəm."

Bildirək ki, bu gün Məkkə yaxınlığındakı Mina şəhərciyində, Cəmarat adlı ərazidə hacıların şeytanı daşlaması mərasimi zamanı yaranan izdiham nəticəsində azı 750 dən çox zəvvar həyatını itirib, 900 nəfərə yaxın zəvvar isə xəsarət alıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3831.html