
"Sədr" hərəkatının lideri Hüccətül-İslam Müqtəda Sədr bildirib ki, hərəkat insanlarla daha çox irtibatda olmaq üçün İraq boyu bütün qərargahlarını məscidlərə köçürdür.
O deyib ki, qərargahlar məscidlərdə fəaliyyət göstərməsi səbəbindən işçi heyətinin sayı müdir və iki müavin olmaqla azaldılacaq. Bundan sonra dəftərxanalarda bir nəfər müdir və iki nəfər müdir müavinləri fəaliyyət göstərəcəklər.