24 Sentyabr, 2015
Prezident İlham Əliyev Həcc ziyarəti zamanı baş verən faciə ilə bağlı başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda Minada baş verən faciə ilə bağlı  başsağlığı verib.

Ahlibeyt.az-ın məlumatına görə, başsağlığında deyilir: “Həcc ziyarəti zamanı yaranmış qarışıqlıq nəticəsində çox sayda zəvvarın həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3829.html