
Tunisdə keçirilən parlament seçkilərində qalib gəlmiş islamçı "ən-Nəhzət" partiyasının sədri Rəşid əl-Qanuşi bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, yeni qurulacaq hökümətdə qadınların da təmsil olunmalarına xüsusi diqqət yetiriləcəkdir.
əl-Qanuşi bildirib ki, parlamentə seçilmiş 49 qadından 42 nəfəri ən-Nəhzət partiyasının üzvüdür. Və ən-Nəhzət partiyası qadınların Tunisin siyasi həyatında fəal olmalarına şərait yaradacaqdır.