
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, QMİ-dən Apa-ya verilən məlumatda bildirilir ki, sentyabrın 29-u zəvvarların geri qayıdışına start da VİP zəvvarların ayrıca reysi ilə başlayacaq.
Daha sonra nisbətən ucuz Həcc səfərini seçən zəvvarları daşıyacaq təyyarələr uçacaq. Sentyabrın 11-də zəvvarların Həccə səfəri başlayan zaman ilk uçuş da VİP zəvvarlara aid olub.
QMİ-dən onu da bildiriblər ki, artıq Həccdə azərbaycanlı zəvvarlar Ümrə əməllərini bitirblər və sentyabrın 22-dən etibarən Ərəfat dağına qalxmağa başlayacaqlar.
Zəvvarlar ziyarət zamanı heç bir problemlə üzləşməyib.