18 Sentyabr, 2015
BMT-dən bəyanat - Qüdsdə baş verən zorakılığa dərhal son qoyumalıdır

BMT Təhlükəsizlik Şurası (TŞ) bir neçə gündür, aparılan məsləhətləşmələrin yekunu üzrə bazar günündən etibarən İsrail polisi ilə asayiş keşikçilərini "əl-Əqsa" məscidinə buraxmayan müsəlman dindarlar arasında toqquşmanın baş verdiyi Qüdsün Məbəd dağındakı vəziyyətlə bağlı mətbuat üçün bəyanat hazırlayıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Salamnews-un-un TASS-a istinadla verdiyi məlumatda bildirilir ki, dünən axşam qəbul edilən sənəddə TŞ Qüdsdə vəziyyətin gərginliyindən ciddi narahatlığını ifadə edib, "zorakılığa dərhal son qoymaq və təxribatdan yan keçməyə, israillilər və fələstinlilər arasında barışığa vasitəçi olacaq vəziyyəti normal axarına qaytarmağa imkan verəcək bütün lazımi addımların qəbuluna" çağırıb.

“Təhlükəsizlik Şurasının üzvləri vurğulayıblar ki, müsəlman zəvvarlara sülh şəraitində, zorakılıq, təhdid və təxribat olmadan ibadət etməyə icazə verilməlidir.”, - bəyanatda deyilir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3800.html