
Gürcüstanın paytaxtında yerləşən “Alul-beyt” Mədəniyyət Mərkəzinin konfrans zalında Hz. İmam Əli (ə) və Fatimeyi Zəhranın (s.ə) evlilik ildönümünə həsr olunmuş “İslamda Ailə” mövzusunda elmi seminar keçirilib
Gürcüstan Müsəlmanları İdarəsindən(GMİ) Ahlibeyt.az-a verilən məlumata görə, Seminarın iştirakçıları əsasən xanım din xadimələri, təşkilat sədrləri və tələbələrdən ibarət olub.
Seminarın aparcısı Leyla Darğallı toplantını açıq elan edərək Qurani-Kərimin tilavəti üçün sözü İmzad Süleymanova verdi.
Sonra Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Ramin İgidov seminar iştirakçılarını İctimaiyyətdə ailədaxili problemlər,onların səbəbləri və həll yolları haqda məruzə ilə çıxış edib.
Tbilisidə yerləşən “Əl-mustafa” elm mərkəzinin sədri Davud Qəşəmi, Gürcüstan Ruhanilər heyətinin üzvləri Elçin Əliyev və Hacı Yusif Əliyev, Gürcüstan Qadınlar İcmasından Günay Quliyeva, Gülşə Nemətova, Rəna Elçiyeva müxtəlif sahələrdən İslamda ailə haqda məruzələr ediblər.
Tədbir sonrası iştirakçılar şirniyyat süfrəsinə dəvət olundu. İştirakçılara kitablar hədiyyə edildi.