
Küveytdə məscidə olunan təcavüzlə bağlı həbs edilənlərdən 7 nəfər edam olunub
Ahlibeyt.az-ın İslamazeri-yə istinadən məlumatına görə, Kuveyt paytaxtında cari ilin iyun ayında əsasən şiələrin toplandığı "İmam Sadiq" məscidində törədilən terrorla bağlı həbs olunanlardan 14 nəfəri bəraət almış, 8 nəfər isə 2 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Küveytdə 26 İyun tarixində İmam Sadiq (ə) məscidinə cümə namazı zamanı edilən hücumda 27 nəfər ölmüş, 220-dən artıq insan isə yaralanmış həmçinin məscid tikintisiə ciddi xəsarət dəymişdir. Məscidinə edilən hücumu İŞİD terrorçuları öz üzərinə götürmüşdü.Terrorun əsasən Səudiyyə vətəndaşları tərəfindən planlaşdırıldığı və həyata keçirildiyi təsdiqlənmişdir.