27 Oktyabr, 2011
Qurani-Kərimi yandıran keşiş prezidentliyə namizədliyini irəli sürəcək

Mart ayında ABŞ-ın Florida ştatında Qurani-Kərimi yandıran amerikalı rahib Terri Cons 2012-ci ildə ABŞ-da kçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

O prezident seçiciləcəyi təqdirdə vergiləri azaldacağını, ölkədən xaricdəki əsgərləri vətənə qaytaracağını və mühacirləri ABŞ-dan xaric edəcəyini bildirib.

Namizədlər arasında rəqabətə tab gətirmək üçün xeyli maddi vəasitin lazım olduğu üçün Terri Cons onu dəstəkləyənlər və hamilərindən ona "radikal İslam"ın müqabilinə dayana bilmək üçün yardım etmələrini istəyib.

Terri Cons həmçinin digər namizədləri ədalətsiz hesab etdiyi üçün seçkidə iştirak edəcəyini deyib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-377.html