10 Sentyabr, 2015
Rusiya hökumətindən Suriyadakı döyüşlərdə iştirakının təkzib olunmasına etiraz

Rusiya prezident admnistrasiyası Suriyadakı döyüşlərdə iştirakının təkzib edilməsinə ehtiyac olmadığını bildirib.

Ahlibeyt.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumatda bildirilir ki,Rusiya prezidenti mətbuat katibi Dmitri Peskov - Rusiya hökuməti Suriya ordusunu "İŞİD"ə müqavimət göstərə biləcək yeganə qüvvə hesab edir.İŞİD Suriyada öz təsir qüvvələrini artırmağa səylər göstərir və bunun qarşısını ala biləcək yeganə qüvvə Suriya ordusudur.

O bildirib ki, Rusiya tərəfi dəfələrlə əsas təhdidlərin "İŞİD"in nəzarət altında olan ərazilərdən gəldiyini bəyan edib: “Onlara müqavimət göstərə biləcək yeganə qüvvə Suriya Silahlı Qüvvələridir.  Buna görə də  Rusiya dövləti hesab edir ki “İslam dövləti” adlanan bu təhlükənin qarşısını almağın yeganə həlli yolunu hakimiyyətinə yardım edilməsində görür.”

Rusiya dövlətinin Suriyadakı hərbi əməlyyatlarda işturakının təkzib olunmaması sualını cavablandırarkə prezidentin mətbuat katibi bunu prezident admnistarasiyası tərəfindən təkrarlanmasına ehtiyac olmadığını bildirərək qeyd etmişdir ki,bu XİN tərəfindən təkzib olunub.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3760.html