
Livanın Hizbullah Hərəkatı bəyanatla çıxış edib
Ahlibeyt.az-ın AzadXeber.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Livanın əl-Mənar telekanalı məlumat yayıb.
Məlumata görə, Livanın Hizbullah Hərəkatı Səudiyyə rejimi və koalisiya qüvvələrinin Yəmənə hücumunu qınayan bəyanat yayıb.
Bəyanatda Yəməndə məscidlərin, təhsil ocaqlarının və xəstəxanaların bombalanması sərt şəkildə qınanılıb.
Hizbullah Səudiyyə rejimini ABŞ-ın və işğalçı İsrailin planlarını icra etməkdə ittiham edib.