10 Sentyabr, 2015
Ayətullah Nuri Həmədani Azərbaycan xalqına minnətdarlıq məktubu göndərib

Ayətullahil-üzma Nuri Həmədani Azərbaycan xalqı və Şeyxül-İslamın qonaqpərvərliyi və lütfkarlığına görə təşəkkür etdi

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilir ki,İranın mərcəyi-təqlid alimlərindən olan Ayətullahil-üzma Şeyx Hüseyn Nuri Həmədani Bakıdan vətənə qayıtdıqdan sonra İran Ali Dini Liderinin Azərbaycan Respublikasındakı nümayəndəsi Höccətül-İslam vəl-Müslimin Seyid Əli Əkbər Ocaqnejada xüsusi bir məktub yollayaraq onun, Şeyxül-İslam Allahşükür Paşazadə, həmçinin İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin və Azərbaycan Respublikasının möhtərəm xalqının qonaqpərvərliyinə görə öz minnətdarlığını bildirmişdir.

O, öz məktubunun bir hissəsində belə yazmışdır: “Allaha həmd olsun ki, sizin və cənab Şeyxül-İslamın vücudu ilə nurlanmış ölkəyə (Azərbaycana) səfərim Allah-taalanın müvəffəqiyyəti ilə həyata keçdi.

Öz varlığı ilə İslam və pak Əhli-beytə olan eşq və məhəbbətini nümayiş etdirən dindar və Əhli-beyt sevər bir xalqla görüşün mənə nəsib olduğuna görə Allaha şükür edirəm.

Bu münasibətlə sizə və cənab Şeyxül-İslama, həmçinin İranın Azərbaycandakı möhtərəm səfiri və bütün hörmətli Azərbaycan xalqına göstərdikləri və hər zaman yadımda qalacaq məhəbbət, lütfkarlıq və qonaqpərvərliyə görə öz təşəkkürümü bildirməyi lazım sayıram.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3752.html