
“Bu gün İsrail həbsxanalarında yaşı 13-dən az olan 200 fələstinli uşaq saxlanılır”
Ahlibeyt.az-ın İslam.az-a istinadən xəbər verir ki, bu barədə Fələstin Əsirləri Araşdırma Mərkəzi məlumat yayıb. Məlumatda qeyd edilir ki, həbsxanalarda olan uşaqların əksəriyyəti Qüds şəhərindəndir. Hesabatda həbsxanalarda saxlanılan Fələstinli uşaqların işgəncələrə və psixoloji təsirlərə məruz qaldığı da vurğulanır.