9 Sentyabr, 2015
Yəmən"Ənsarullah"hərəkatı - Raketlərimizlə Səudiyyə Ərəbistanı paytaxtını vura bilərik


“Ənsarullah" və husilər malik olduqları təkmişlləşdirilmiş raket sistemləri ilə Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad və digər şəhərlərini vura bilərlər.

Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Yəmənin "Ənsarullah" hərəkatının Siyasi Şurasının üzvü Məhəmməd əl-Buxayti ötən həftə Mərib əyalətində ballistik raketlə Səudiyyə Ərəbistanı və onun başçılıq etdiyi koalisiya qüvvələrinin olduğu qərargahın hədəfə alınmasından danışarkən bildirib.

O, Səudiyyə Ərəbistanının Yəmən ərazisinə təcavüzünə verilən cavabların günbəgün şiddətlənəcəyini deyib.

Yeri gəlmişkən, ötən həftənin cümə günü Məribdə "ərəb koalisiyası" qərargahının ballistik raketlə vurulması nəticəsində ölən əcnəbi hərbçilərin sayı 90-a çatıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3747.html