
Azərbaycandan Həcc ziyarətinə yola düşəcək zəvvarlar artıq qruplara bölünüb
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Qafqaz Müsəlmanları İdarəsindın Apa-ya verilən məlumatda bildirilr ki, ziyarət üçün uçuşlar sentyabrın 11-də başlayacaq və son uçuş sentyabrın 15-də gerçəkləşəcək. Uçuşların ilk və son günündə yalnız "VİP zəvvarlar" üçün ayrılmış təyyarələr uçacaq.
Zəvvarlar 50 qrupa bölünüblər və hər qrup 45-50 zəvvardan ibarətdir. Uçuşlar qruplar üzrə olacaq.
Qeyd edək ki, artıq Həcc ziyarətinə sənəd qəbulu başa çatıb. Bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb və yerlər dolub.