
İranın Mədəni İrs İdarəsinin sədr müavini Bəhmən Namvər Mütləq Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundovla görüşü zamanı sənət əsərlərinin satışı üçün Bakıda və Tehranda mərkəzlərin açılması təklifini irəli sürüb.
Ahlibeyt.az-ın məlumatına görə,Salamnews-un ISNA-ya istinadla verdiyi xəbərdə bildirilir ki,Bəhmən Namvər hər iki ölkədə yaradılan xalq sənət əsərlərinin tanıtdırılması üçün bazarın mühüm amil olduğunu qeyd edib.
Azərbaycanın İrandakı səfiri həmsöhbətinin bu fikrinə tərəfdar çıxıb, əyalətlərdə və institutlarda müvafiq sərgilərin açılması təşəbbüsünü müsbət qiymətləndirib.