7 Sentyabr, 2015
Səudiyyə Ərəbistanında Kəbə üçün yeni örtük hazırlanıb

Həcc ərəfəsində Kəbə örtüyünün tikildiyi fabrikin işçiləri sentyabrın 22-də Ərəfə günündə Kəbənin üzərinə örtüləcək məşhur qara örtüyün tikilişini başa çatdırmağa tələsirlər.

"Örtük təmiz ipəkdən hazırlanıb, qara rəngə boyanıb və təxminən 700 kiloqram çəkiyə malikdir.", - fabrikin direktoru Abdulla Bəcəudə bildirib.

Ahlibeyt.az-ın.az SalamNews-a istinadla verdiyi xəbərə görə,bundan başqa, örtüyün hazırlanmasında 120 kiloqram qızıl və 25 kiloqram gümüş sapdan istifadə edilir.

Hər il köhnə örtük bir neçə hissəyə bölünərək, dünyanın müxtəlif yerlərinə göndərilir.

.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3732.html