
Tunisdə seçkilərdə qələbə qazanmış əl-Nəhzət partiyasının rəhbər vəzifəlilərindən biri əl-Mənsuf bin Salim "əz-Zaman" qəzetinə verdiyi müsahibəsində bildirib ki, partiyamızın yaradacağı hökümətin ilk işi İsraillə əlaqələri kəsmək olacaq.
O deyib ki, İsrailin ölkəmizdəki səfirliyini bağlayacağıq və diplomatlarını ölkəmizdən xaric edəcəyik. Həmçinin keçmiş prezident Bin Əlinin vaxtında İsraillə yaradılmış bütün əlaqələrə, o cümlədən ticariə laqələrə də xitam veriləcəkdir.