
Misirin əl-Əzhər Universiteti Liviyanın devrilmiş diktatoru Müəmmər Qəzzafinin nəşinə qarşı qeyri-insani şəkildə rəftar olunmasını tənqid edib.
Universitet onlara bu barədə ünvanlanmış suala cavab olaraq bildirib ki, istənilən şəxsin nəşinə gərək ehtiram oluna və dəfn edilə.
əl-Əzhər bildirib ki, biz bu qeyri-insani rəftarı pisləyirik. Çünki cəsədin yerdə uzun müddət tamaşa üçün qalması qəbuledilməzdir. Şəriətə əsasən vəfat etmiş şəxs tez bir zamanda dəfn edilməlidir. Allah hər bir insana istər sağ olsun, istərsə də ölü ləyaqət bəxş etmişdir. Və meyyitə hörmət şəriətin buyruqlarındandır ki, hər bir müsəlmana vacibdir ki, buna riayət etsin.