
Qurani Kərim buyurur:
Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə qəlblərdə bir sevgi yaradacaq.(Məryəm-96)
İmam Həsən Müctəba (əleyhissalam) səhabələrindən biri olan Cünadəyə bu barədə belə buyurur:
Əgər bir adam qohum-əqrəbası olmadan əziz olmaq, ürəklərə nüfuz tapıb heç bir qüdrətə malik olmadan heybətli və hörmətli olmaq istəyərsə, günahın xar və zəlillik libasını əynindən çıxardıb Allaha bəndəçiliyin izzət və şərəfli libasını geyinməlidir.”