
Səudiyyə Ərəbistanının Baş müftisi iranlı rejissor Məcid Məcidinin çəkdiyi "Məhəmməd (s)" filminin "islamı təhrif etdiyi üçün günah tərkibli film olduğunu bildirib
Ahlibeyt.az-ın Shafaqna-ya istinadən məlumatına görə,Ərəbistan Alimlərini Heyətinin sədri və Səudiyyənin baş müftisi Əbdüləz əş-Şeyx bildirib ki,İranın "Məhəmməd (s)Allahın Rəsuludur" adlı bu film şəri deyil.
Onun sözlərinə görə,bu film əslində "məcusi filmi" olduğu üçün özündə "İslam düşmənliliyi"nümayiş etdirirvə buna görə də o filmin yayımlanması və yayılması yolverilməzdir."
Əbdüləziz əş-Şeyx sözünün davamında bildirib: "Onlar (iranlılar) həqiqətdən uzaq olanları səhnəyə qoyaraq Allahın rəsulunu məsxərə edib,onun dəyərini aşağı salmağa çalışıblar. Bu fasiq davranışdır və dinə ziddir. Onlar bu vastə ilə İslamı təhrif edərək onu çirkin göstəriblər. Qısaca onu deyə bilərəm ki, onlara (iranlılara) güvənmək olmaz!"
Qeyd edək ki,Məcid Məcidinin rejissoru olduğu "Məhəmməd (s)" filminə beynəlxalq diqqətin göstərilməsinə qarşı olan səudiyyəli mübəllig və müftilər filmin İran istehsalı olduğu üçün əks təbliğat aparmağa başlamışdılar.
Xatırladaq ki,buna oxşar çağırışlar Misirin Əl-Əzhər dimi mərkəzinin bəzi müftiləri tərəfindən də səsləndirilmişdir.