
Ayətullah Sistaninin Qumda yerləşən ofisində heyrətləndirici hadisə baş verib
Ahlibeyt.az-ın sizinyol.com-a istinadən verdiyi xəbərə görə, olduqca qoca bir qadın ofisə gəlib soruşub ki, İraqda İmamların məzarlarını vəhhabilərdən qorumaq üçün pula ehtiyacınız varmı? Ofisdən deyiblər ki, əlbəttə! Silah-sursat və döyüşçülərə xərcləməyə pul lazımdır. Nənə geri dönüb.
Bir neçə gün sonra əlində bir bağlama pul ofisə daxil olub. Məbləğ böyük olduğu üçün nənəni Ayətullah Sistaninin İranda olan nümayəndəsi (Qumda sakindir) Höccətül-İslam Şəhristaninin yanına aparıblar. Höccətül-İslam Şəhristani nənəyə sual varib ki, bu qədər pul nədir? Nənə deyib:
"Gözümün ağı-qarası bir övladım vardı. O İran-İraq müharibəsində şəhid oldu. Bir müddət sonra həyat yoldaşım dünyadan köçdü. İndi tək yaşayıram. Ömrümün sonlarıdır. Mənim evim var idi. Bu yaşda evsiz də keçinə bilərəm. Evimi satıb pulu mücahidlərə hədiyyə gətirmişəm".