
Səudiyyə Ərəbistanının tanınmış şiə alimi, Mədinə şiələrinin rəhbəri Hüccətül-İslam Şeyx Kazim əl-Amiri Səudiyyə Ərəbistanının kralı Abdullaha müraciət edib.
Şeyx əl-Amiri öz müraciətində bildirib ki, Səudiyyə şiələri Səudiyyə millətinin bir hissəsidirlər və millətin vəhdətini güdməkdədirlər. Biz şiələr Səudiyyədə bərabərlik istəyirik deyən əl-Amiri deyib ki, məscid minbərlərindən, özü də Məscidun-Nəbinin(s) minbərindən xalqın bir hissəsi təhqir olunur amma həmin şəxsə bu əməlinə görə bir kəlmə belə söz deyilmir. Bu səbəbdən siz kraldan istəyimiz budur ki, Məscidun-Nəbinin(s) imam camaatı Əli əl-Hüzeyfini vəzifəsindən kənarlaşdırasınız. Bunu etməklə fitnənin qarşısını almış olacaqsınız.