
Liviyanın başmüftisi Şeyx Sadiq əl-Ğəryani Liviyanın devrilmiş dikatoru Müəmmər Qəzzafiyə cənazə namazının qılınmasını qadağan edib. O fətvasında din alimlərinə və adi şəxslərə bu əməlin haram olmasını bildrib.
Şeyx əl-Ğəryani deyib ki, Qəzzafinin sözləri və əməlləri Məhəmməd(s) peyğəmbərin sünnəsinə zidd olduğundan Qəzzafini kafir adlandırmaq olar.
Şeyx Sadiq həmçinin fətvasında digər müsəlman ölkələrindəki diktatorlra da mesaj göndərib. Şeyx əl-Ğəryani deyib ki, mənim bu fətvam şəriətə əsaslanır. Və mən ümid edirəm ki, mənim fətvam digər müsəlman ölkələrindəki diktatorları düşünməyə vadar edəcək.