1 Sentyabr, 2015
Kanadanın baş naziri - İŞİD-ə qarşı mübarizə uzunmüddətli olacaq

Kanada və ABŞ daxil olmaqla Qərb ölkələrinin səyləri nəticəsində İŞİD terror qruplaşmasının Suriya və İraqda irəliləməsinin qarşısı alınıb

 

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, İtarTass agentliyinin məlumatında bildirilir ki, bunu Kanadanın baş naziri Stiven Harper Ottavada çıxış edərkən bəyan dib.

 

“Müdaxilə öz bəhrəsini verib və İŞİD-in irəliləməsinin əhəmiyyətli dərəcədə qarşısı alınıb. Buna arzuladığımız qədər olmasa da, kifayət qədər nail olmuşuq. Xüsusənİraqın şimalında, nisbətən isə bu ölkənin digər bölgələrində və Suriyada. Bir il əvvəl terrorçular  az qala bütün regionu ələ keçirəcəkdilər, lakin Qərbin müdaxiləsi buna imkan vermədi”, deyə S.Harper bildirib.

 

Kanadanın baş naziri qeyd edib ki, İŞİD-ə qarşı mübarizə uzunmüddətli olacaq.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3669.html