31 Avqust, 2015
Beynəlxalq Monreal kinofestivalında "Qanlı Yanvar"ın nümayişinə hazırlıq gedir

Kanadada "Qanlı Yanvar" filminin biletlərinin satışına başlanılıb

Kanadada 39-cu Monreal Beynəlxalq Film festivalı öz işinə başlayıb. Festival çərçivəsində azərbaycanlı kinorejisyor Vahid Mustafa Yevin filminin nümayişi baş tutacaq.

Festivalın proqramında yer alan ”Qanlı Yanvar” filmi sentyabrın 2-si və 3-ü Monrealın "Cinema Quarter Latin" kinoteatrında nümayiş olunacaq. Artıq "Qanlı Yanvrarın" afişalarıda Monreal küçələrini bəzəyir. Filmə biletləri həm kinoteatrın kassalarından həm də "online" almaq mümkündür.

Qeyd edək ki,bir neçə gün öncə Monreal festivalında İranlı kinorejissor Məcid Mədidlinin Məhəmməd peyğəmbərin uşaqlıq dövrünü əhatə edən "Həzrəti Məhəmməd"filmi nümayiş olunub

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3661.html