
İŞİD terror təşkilatının üzvləri Suriyanın antik Palmira şəhərində eramızın 32-ci ilində tikilmiş Bela məbədini partladıblar
Ahlibeyt.a-az-ın BBC-yə istinadla verdiyi xəbərə görə, bu barədə Britaniyada yerləşən Suriya İnsan Hüquqlarını Müşahidə Mərkəzi məlumat verib.
Hüquq müdafiəçilərinin sözlərinə əsasən, hələlik miqyası məlum olmayan hücum nəticəsində məbəd zədələnib.
“Associated Press” agentliyi partlayışın çox güclü olduğunu və məbədi, demək olar, tamamilə dağıtdığını, tikilinin yalnız divarının qaldğını bildirib.