
Tunisdə dünən parlamentə keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb. Verilən məlumatlara görə Rəşid əl-Qənuşinin rəhbərlik etdiyi "əl-Nəhzət" partiyası öndə gedir. Bildirlir ki, əl-Nəhzət partiyası bir neçə əyalətdə rəqiblərinə qalib gəlmişdir. Tunislilərin xüsusi önəm verdiyi seçkilərin tam nəticələri sabah məlum olacaqdır.
Xatırladaq ki, Tunisin devrilmiş diktatoru Bin Əlinin prezidentliyi dövründə islamçı "əl-Nəhzət" partiyasının fəaliyyəti qadağan idi və partiyanın sədri Rəşid əl-Qənuşi mühacirətdə yaşayırdı.