29 Avqust, 2015
Misir məhkəməsi tərəfindən Əl-Cəzirə kanalının 3 əməkdaşına həbs qərarı

Misir məhkəməsi Qətərin “Əl-Cəzirə” kanalının 3 əməkdaşını yalan informasiyalar yaymaqda təqsirli bilərək hər birini 3 il müddətinə azadlıqdan məhrum edib.

Ahlibeyt.az-ın İnterfax-a istinadən məlumatına görə,məhkumların appelyasiya şikayətinə baxılarkən kanalın 2 jurnalisti – Məhəmməd Fəhmi və Baher Məhəmməd hökmü məhkəmə zalında, 3-cü jurnalist avstraliyalı jurnalist Piter Qrest isə vaxtından əvvəl deportasiya olunduğu vətəni Avstraliyadan izləyib.

2014-cü ilin iyulunda Məhəmməd Baher 10 il digər iki jurnalist isə 8 il müddətinə azadlıqdan məhrum olunsalar da dünya birliyinin etirazından sonra onların məhkəmə işlərinə yenidən baxılmışdı.

“Əl-Cəzirə”nin əməkdaşları Misirdə siyasi gərginlik olan zaman “Müsəlman Qardaşları” təşkilatı ilə əməkdaşlıqda təqsirləndirilirdilər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3650.html