29 Avqust, 2015
Hüseyn Cavidin ev-muzeyi beynəlxalq sərgi-yarmarkada iştirak edəcək

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 16-dan 18-dək Bakıda keçiriləcək IV beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev-muzeyi də fəal iştirak edəcək.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Nazirlikdən verilən məlumatda bildirilir ki,sərgi-yarmarkada bu müəssisədə aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən “Hüseyn Cavid: həyat və sənət yolu”, “Hüseyn Cavid. Əsərləri. 5 cilddə”, “Cavid hikməti. Seçmə aforizmlər”, “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid. 10 cilddə”, ”Cavidşünaslıq: elmi araşdırmalar toplusu. 10 cilddə” və digər kitablar nümayiş etdiriləcək.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3649.html