
Beynəlxalq birlik tərəfindən tanınan Liviyanın Tobruk hökumətinin baş naziri Abdullah Sani Türkiyə və Qətəriin Liviyaya qarşı apardıqları siyasətə qarşı etitrazını bildirib.
Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, Rusiyanın “Sputnik” agentliyinə açıqlama verən Sani Türkiyə və Qətəri ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib: "Türkiyə və Qətər bizə siyasi islamı qəbul etdirməyə çalışır.
Xalqımızın etirazına baxmayaraq adı çəkilən ölkələr bunu bizə sırımağa çalışırlar. Türkiyə və Qətər bunu Misirdə də etməyə cəhd etdilər. Amma nəticə ortadadır”.
Qeyd edək ki,Liviyadakı böhran nəticəsində ölkə faktiki olaraq bir neçə qruplaşmanın nəzarəti altına keçib ki,onlar arasında İŞİD və Əl-Qaidənin liviyadakı qolları da müvcuddur.Bu qruplaşmalar ölkənin əsas neft rayonlarını nəzarətdə saxlamaqla küllü miqdarda gəlirlər əldə edir.Mərkəzi hakimiyyət öz növbəsində Türkiyə və Qətəri bu qrruplaşmaları dəstəkləməkdə günahlandırır.