
İslam aləminin böyük mərcəi təqlid müctehidlərindən birinin Azərbaycana səfəri gözlənilir
Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi məlumata görə, İslam aləminin böyük mərcəi təqlid müctehidlərindən birinin Azərbaycana səfəri gözlənilir.
Səfərin yaxın günlərdə baş tutacağı önə çəkilir. Hazırda səfərə hazırlıq işlərinin getdiyi qeyd edilir.
Verilən məlumatda qeyd olunur ki, başqa bir mənbənin bildirdiyinə görə, böyük ehtimalla Azərbaycana səfəri gözlənilən mərcəi təqlid müctehidi Ayətullah Nuri Həmədanidir və o, 31 avqustda artıq Bakıda olacaq.