26 Avqust, 2015
İran səfiri: “Qarabağdakı vəziyyət qəbuledilməzdir”

İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Möhsün Pakayin bildirib ki, ölkəsi Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə daha çox diqqət ayırır.

Ahlibeyt.az-ın Azadinform-a istinadən məlumatına görə,İranın Azərbaycandakı səfiri bu barədə “İRNA”-ya müsahibəsində deyib. Səfir vurğulayıb ki, İran münaqişənin həllinə kömək etməyə hazırdır.

Pakayin Qarabağdakı vəziyyətin qəbuledilməz olduğunu deyərək, İranın münaqişənin ədalətli həllinə tərəfdar olduğunu bəyan edib.

Məlumatda bildirilir ki, Ermənistanın "arminfo.am" saytı İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini şərh edərək qeyd edib ki, İran öz sərhədləri yaxınlığında hərbi münaqişənin olmasında maraqlı deyil. Həmçinin, İran regionda NATO sülhməramlılarının yerləşdirilməsinin də tərəfində deyil.

Ekspertlər hesab edir ki, İran münaqişənin sülh yolu ilə həllinə alternativ görmür. Sözügedən dövlət sülh prosesinə xarici aktyorlardan daha çox region dövlətlərinin cəlb edilməsini məqsədəuyğun hesab edir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3632.html