25 Avqust, 2015
İraq ordusu strateji neft kəmərinə nəzarəti əla aldı (Video)

Səlahəddin vilayətində “Həşd Şabi” və ordu neft kəmərinə nəzarəti ələ keçirib

Ahlibeyt.az-ın məlumatına görə,  İslamazeri.az-ın “SANA”-ya istinadən  veridiy xəbərdə bildirilir ki, İraq ordusu və “Həşd Şabi” döyüşçüləri  Səlahəddin vilayətinin Tikrit şəhərinin cənubunda yerləşən və strateji əhəmiyyətə malik olan Əl-Layn neft kəmərinə nəzarəti ələ almağa nail olublar.

Şiddətli döyüşlər zamanı 26 "İŞİD" terrorçusu məhv edilib. Bundan əlavə 3 ədəd partlayıcı qurğu quraşdırılan avtomobil məhv edilib, 30 partlayıcı qurğu isə zərərsizləşdirilib. İraq ordusu hərbi aviasiyanın dəstəyi ilə Bağdadın cənubunda yerləşən Ərəb Cəbur və Əs-Səfiyə raoynlarında anti-terror əməliyyatlarına başlayıb.

Ənbar vilayətində İraq ordusu və “Həşd Şabi” döyüşçüləri Ramadi şəhərinin mühasirəsini daraltmağa davam edir.   Ramadi şəhərində gedən döyüşlərdən video görüntü.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3629.html