25 Avqust, 2015
San-Fransiskoda "Məhəmməd kimdir?" sərhlövhəli maarifləndirmə aksiyası keçirilir

Sadə amerikalıları islam dini və həzrət Məhəmməd(s) peyğəmbər barədə maarifləndirmək məqsədilə təşkil edilən aksiya San-Fransisko şəhərində də keçiriləcək

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews-un "Islam-today"-a istinadla verdiyi xəbərdə bildirilir ki, aksiya "#WhoisMuhammad" (“Məhəmməd kimdir”) şüarı altında keçirilir və müsəlman amerikalılar barədə əfsanələrə son qoymaq üçün işə salınan ümummilli proqramın bir hissəsidir. Təşkilatçı Şimali Amerika İslam dairəsi və Nyu-Yorkda yerləşən Amerika müsəlman təşkilatıdır.

Aksiya çərçivəsində sahilyanı regionda səkkiz lövhə yerləşdiriləcək. Onlarda islam barədə obyektiv və müsbət informasiya yer alacaq.

Bundan başqa hər kəs yaradılan veb-sayta daxil olmağa və islam dini barədə daha çox məlumat əldə etməyə dəvət edilir. Reklam lövhələri əsasən ingilis dilindədir, lakin ispan dilində olanlar da var.

Bildirək ki, "#WhoisMuhammad" proqramı Oklend, San-Fransisko, San-Xose, Stokton, Kastro-Velli və Santa Kler şəhərlərini əhatə edib. Los-Anceles və ABŞ-ın bütün ərazisindəki digər böyük şəhərlərdə də reklam lövhələrinin quraşdırılması planlaşdırılır.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3625.html