24 Avqust, 2015
ABŞ-lı texnikdən müsəlmanları kütləvi şəkildə məhv etmək üçün cihaz

ABŞ-da müsəlmanları yox etmək üçün radiasiya yayan cihaz hazırlayan texnik Glendon Scott Crawford məhkəmədə təqsirkar elan edilib

Ahlibeyt.az-ın məlumatına görə,İslam.az-ın habertürk-ə istinadla verdiyi xəbərdə bildirilir ki,Albaynda yaşayan və ABŞ-a məxsus "General Electric" şirkətində texnik olaraq çalışan 51 yaşlı Crawfordu 25 ilə qədər həbs cəzası gözləyir.

Məhkəmə qərarında bildirilir ki,  irqçi "Ku Klux" təşkilatının üzvü olan Crawford  X-şüası (rentgen) cihazı hazırlayaraq, müsəlmanları radiasiyaya ilə bir neçə həftə ərzində öldürməyi planlaşdırırmış.

Məhkəmə əsas hədəfinin məktəb və məscidlər olduğu  ABŞ-lı texniki "Müsəlman cəmiyyətinin günahsız üzvlərini öldürmək üçün bir kütləvi qırğın silahı əldə etməyə çalışan bir terrorist" kimi dəyərləndirib. Eyni zamanda Crawfordun digər bir hədəfinin ABŞ prezidenti Barak Obama olduğu müəyyən edilib.

Qeyd edək ki, Kravford, hazırladığı  cihaza "Elektrik düyməsində Xirosima" adını veribmiş.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3623.html