24 Avqust, 2015
Macarıstanda müsəlmanlara qarşı təzyiqlər artıb

Macarıstanda yaşayan müsəlmanlar burada hökm sürən islamafobiyadan kəskin dərəcədə narahat olub.

Ahlibeyt.az-ın Sia-ya istinadən verdiyi xəbərə görə, Macar İslam Cəmiyyətini başçısı Zoltan Bolek bu barədə müsahibə verib. O bildirib ki, son zamanlar Macarıstanda yaşayan müsəlmanlara qarşı qərəzli münasibət onu həddən artıq narahat edir.

Macarıstana köçən miqrantların çoxunu müsəlmanlar təşkil edir. Mətbuatın müsəlmanları tez-tez terrorçu adlandırması bu ölkələrdə müsəlmanlara qarşı münasibəti kəskin dəyişdirib. Bununla bağlı orada yaşayan müsəlman cəmiyyəti tez-tez təhdid edilir. Zoltan Bolek bildirib ki, əgər təhdidlər davam etsə onlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubla müraciət edərək Türkiyəyə köçmək haqda icazə alacaqlar.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3622.html