22 Avqust, 2015
Yəmən qüvvələri Səudiyyəyə məxsus "Apache"tipli hərbi helikopteri məhv edib

Səudiyyə Ərəbistanı Cizan bölgəsində koalisiya qüvvələrinə aid "Apache" tipli helikopterin Yəmən könüllü xalq briqadaları tərəfindən vurulması nəticəsində iki pilot həyatını itirib

Ahlibeyt.az-ın Reuters-ə istinadən məlumatına görə, insidentdən bir neçə saat sonra Səudiyyə Ərəbistanı rəsmi informasiya agentliyi SPA ölkənin Yəmənlə sərhəddə yerləşən Cizan bölgəsində Yəmən qüvvələri tərəfindən ölkəyə aid "Apache" tipli bir hərbi helikopterin vurularaq düşürülməsi nəticəsində iki piloton həyatını itirməsi faktını təsdiqləyib.

Məlumata görə,bundan əlavə qeyd olunan bölgədə Səudiyyə ordusuna məxsus 6 zirehli texnika məhv edilib. Xarıtladaq ki, bu Səudiyyə və müttəfiqlərinin Yəmənə təcavüz etdiyi gündən bu günə kimi, vurulan 4-cü "Apachi" vertolyotudur.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3618.html