
ABŞ müsəlmanlarının ən iri təşkilatı olan ABŞ-İslam Münasibətləri Şurası prezidentliyə seçki kampaniyasında iştirak edən Viskonskin ştatının qubernatoru Skott Uokerin üzr istəməsini tələb ediblər
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, Uoker çıxışlarının birində dünyada çox az sayda dərrakəli və mötədil İslam dininin ardıcıllarının olduğunu bildirib.
ABŞ-İslam Münasibətləri Şurası rəhbərliyinin nümayəndəsi Robert Makkonun sözlərinə görə, bu cür bəyanatlar prezidentliyə namizədə yaraşmayan İslamı və müsəlmanları anlamamasını əks etdirir.