
21 avqust islam ölkələrində Beynəlxalq məscid günü kimi qeyd edilir
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,Beynəlxalq məscid günü münasibətilə bir çox islam ölkələrində mərasimlər və tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Beynəlxalq məscid gününün 21 avqusta təsadüf etməsi, 46 il öncə Fələstində əl-Əqsa məscidinin radikal yəhudilər tərəfindən yandırılması ilə bağlıdır.
Bildirək ki, həmin tarixdə Əl-Əqsa məscidininin radikal sionistlər tərəfindən yandırılması dünyada əks səda salıb və məhz bu hadisədən sonra islam ölkələri “İslam Konfransı Təşkilatı”nın yaradılması zəminində ittifaqa giriblər və bu təşkilat 1971-ci ildə ərsəyə gəlib.