20 Avqust, 2015
Suriya ordusundan Xama əyalətində irimiqyaslı hərbi əməliyyatlar - 300-dən çox terrorçu məhv edilib

Suriya ordusu Xama əyalətində keçirdiyi irimiqyaslı hərbi əməliyyat zamanı müxtəlif qruplaşmaların üzvü olan 300-dən çox terrorçunu məhv edib.

Ahlibeyt.az-ın APA- məlumatıninadəna ist görə, bu barədə “RİA Novosti”yə hərbi mənbə bildirib.

“Ordu Xama əyalətinin şimalında döyüşən qruplaşmaların 300-350-dək üzvünü məhv edib. İrimiqyaslı hərbi əməliyyat nəticəsində 16 yaşayış məntəqəsi azad olunub. Əməliyyatın aktiv mərhələsi davam etdirilir, terrorçular geri çəkilir”, deyə mənbə bildirib.

Xama əyalətində hərbi əməliyyat avqustun 16-da başlayıb. Suriya ordusunun qarşısında qruplaşmaların nəzarətində olan yaşayış məntəqələrinin azad olunması vəzifəsi qoyulub.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3611.html