
“Mosulun süqut etməsi və İŞİD-in əlinə keçməsi Ərbildə İraq kürdləri tərəfindən və Ankara kəşfiyyatının dəstəyi ilə hazırlanmış planlar nəticəsində baş tutub.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Salamnews-un-un İraq mətbuatına istinadla məlumatında qeyd olunur ki,, bunu İraqın sabiq baş naziri Nuri əl-Maliki Mosulun süqutu ilə bağlı ona ünvanlanan ittihamlara münasibət bildirərkən deyib.
O, Tehrana səfəri zamanı ünvanlanan ittihamları əsassız hesab edib və İraqın ikinci böyük şəhəri Mosulun İŞİD nəzarətinə keçməsində Türkiyə kəşfiyyatı və Kürdüstan muxtariyyəti rəsmilərini təqsirləndirib.
Qeyd edək ki, İraq parlamentinin Mosulun süqut etməsini araşdıran komitəsi ölkə məhkəməsinə 35 rəsminin adını verib ki, onların arasında o vaxtki baş nazir Nuri əl-Maliki də var.