
“Səudiyyə Ərəbistanı təcavüzünə qarşı həqiqi döyüşlər hələ başlamayıb. Bizim xalqımızın lüğətində məğlubiyyət kəlməsinə yer yoxdur.”
O, Səudiyyə Ərəbistanının təcavüzlərinə lazımi cavabların veriləcəyini vəd edib.
"Ənsarullah" rəsmisinin bəyanatından sonra yəmənlilər Səudiyyə Ərəbistanının Cizan əyaləti ərazisində hücumlar həyata keçirərək, bir neçə zirehli texnikanı sıradan çıxarıblar.
Qeyd edək ki, ölkədən qaçmış prezident Abdu-Rabbih Mansur Hadinin tərəfdarları son iki gündə həyata keçirdikləri hücumlardan sonra Taiz şəhərinin əksər hissəsini ələ keçirə biliblər.
Məlumata görə, Səudiyyə Ərəbistanı Mərib şəhərini ordu qüvvələri və husilərdən almaq üçün 1800 nəfəri ağır silahlarla silahlandırıb.
Cənub əyalətlərində gedən döyüşlərlə yanaşı Səudiyyə Ərəbistanın Səda, Həcca, Hudeyda, İbb əyalətlərinə hava zərbələri də davam edib. Bu təcavüzlərdə 30 nəfərə yaxın insan həlak olub.