22 Oktyabr, 2011
Məşhur Əhi-Beyt(ə) məddahı ağır avtomobil qəzasına düşüb

Məşhur Əhli-Beyt(ə) məddahı Hacı Mahmud Kəriminin çərşənbə günü düşdüyü avtomobil qəzasında ağır yaralanmışdır.

Tehranın Təcriş meydanı ətrafında düşdüyü avtomobil qəzasından sonra xəstəxanaya qaldırılan Əhli-Beyt(ə) məddahının hal-hazırda xəstəxanadan evə buraxıldığı və evdə müalicə aldığı bildirilir.

Dostları onun sinəsindən ağır zədə alması ilə bağlı yaxınlaşan Məhərrəm və Səfər aylarında əzadarlıq proqramlarının ləğv edilməsini bildirsələr də, məddahın rəsmi saytı bunu təkzib edib. 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-360.html