
Almaniyada cərəyan edən "İslamofobiya" çərçivəsində bu ölkə müsəlmanları və məscidlərə qarşı hücumlar artmaqdadır.
Ahlibeyt .az-ın verdiyi xəbərə görə, İRNA-nın Alman mətbuatına istinadən məlumatında bildirilir ki, Almaniya dövləti bu ölkənin solçu partiyası tərəfindən aparılan parlament araşdırmalarına görə, cari ilin ilk 6 ayında Almaniyada məscidlər və müsəlmanminimum 23 dəfə hücuma məruz qalıblar.
Ötən il ümumilikdə Almaniyada məscidlər və müsəlmanlara qarşı 45 hücum halı qeydə alınmışdı.
Bu statistik məlumatda fərdi şəkildə müsəlmanlara edilən hücumlara yer verilməyib.
Məlumata görə, Almaniya məscidləri son illər ərzində İslamofob cərəyanların genişlənməsinin ardınca, müxtəlif növ hücumlara məruz qalıb. Yerli müsəlmanlar dəfələrlə məscidlər və digər İslam mərkəzlərinin qoruma altına alınmasını istəsələr də, Almaniyə rəsmiləri bu məsələyə laqeyd yanaşırlar.
Almaniya müsəlmanları həmçinin, bu ölkə kansleri Angela Merkeli, İslamofobiya cərəyanı və müsəlmanlara qarşı hücumları az əhəmiyyəgli məsələ kimi qələmə verməyə cəhd göstərdiyi üçün qınayıblar.