22 Oktyabr, 2011
Bəhreyn inqilabçıları Manamanın küçələrini bağlayıblar

Bu gün sübh tezdən Bəhreyn inqilabçıları Bəhreyn paytaxtı Manamanın və ətraf qəsəbələrin əsas küçələrini maneələrlə bağlayıblar.

"Ləyaqət oxları" adı altında keçirilən bu aksiya zamanı demək olar ki, şəhərdə nəqliyyatın hərəkəti mümkünsüzləşib və yollar iflic vəziyətinə düşüb. Bildirilir ki, Bəhreyn polisinin səhər tezdəndən vəziyyəti öz əlinə almaq cəhdləri hələki bir nəticə verməyib.

Qeyd edək ki, inqilabçılar şəhər yollarını bağlasalar da şəhər xəstəxanalarına və sağlamlıq mərkəzlərinə gedən yolları açıq saxlayıblar.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-359.html