5 Avqust, 2015
Küveyt millət vəkilləri məsciddə terror aktı törədənlərə ölüm hökmü verilməsini tələb edir

Küveytdə iyunun 26-da cümə namazı zamanı törədilən terror aktında əli olmaqda şübhəli bilinərək saxlanılan 29 nəfərin məhkəməsi başlayıb

Ahlibeyt.az-ın Tass-a istinadən verdiyi xəbərə görə,Küveytin əsasən şiələr toplaşdığı İmam Cəfər Sadiq Məscidində 27 nəfərin ölümü və 200-dən çox insanın yaradılması ilə nəticələnən terror aktında şübhəli bilinərək saxlanılanılan 29 nəfərin məhkəmə iclasları başlayıb.

Şübhəlilərdən 7 nəfəri Küveyt,5 nəfəri Səudiyyə 3 Pakistan vətəndaşıdır,qalan 14 nəfərin milli mənsubiyyəti açıqlanmasa da onların xarici vətəndaş olduğu qeyd olunur.

Məlumata görə ölkə parlamentinin Millət vəkilləri məhkəməyə müraciət edərək terrorçuların ən ağır cəzaya-ölüm hökmünə məhkum edilmələrini tələb ediblər.Onlar bildiriblər ki,heç bir din və insani dəyərləri tanımayan İŞİD təkfirçi qruplaşmasının bu addımı ölkənin milli təhlükəsizliyinə zərbə vurmuş və müqəddəs ramazan ayında günahsız insanların ölümünə səbəb olmuşdur.

Qeyd edək ki,bu il iyun ayının 26-da cümə namazı zamanı məscid daxilində olan terrorçunun üzərində olan partlayıcı qurğunun işə salınması nəticəsində 27 nəfər həyatını itirmiş 200-dən çox insan yaralanmış,məscid tikintisinə ciddi xəsarət dəymişdir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3568.html