21 Oktyabr, 2011
Qəzzafinin ölümündən sonra İmam Musa Sədr barədə ilk məlumat

 

Tripoli Hərbi Şurasının sədri Əbdülhəkim Belhac BBC-nin ərəb xidmətinə verdiyi müsahibəsində bildirib ki, əlimizdə olan etibarlı məlumatlara əsasən İmam Musa Sədr Tripolinin cənubunda yerləşən bir əkin sahəsində dəfn olunub.

O deyib ki, ilk öncə əldə etdiyimiz məlumatlarda görə onun Səbhaya köçürüldüyü bildirilirdi. Daha sonra əldə etdiyimiz məlumatlarda isə onun Qələ məntəqəsində dəfn olunduğu deyilirdi. Amma İmam Musa Sədrin aqibəti barədə sonuncu və etibarlı məlumatda onun Tripolinin cənubundakı əkin sahəsində dəfn olunduğunu öyrənmişik.

Belhac bu məlumatın da araşdırıldığını bildirərək həqiqət oplub-olmamasının yaxın vaxtlarda bildiriləcəyini deyib.

Qeyd edək ki, Tripolinin cənubundakı həmin əkin sahəsində Qəzzafi rejimi ilə müxalifətçilik edən bir çox insanların cəsədlərinin dəfn olunduğu deyilir.

mehrnews.com

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-356.html