3 Avqust, 2015
Nigeriya ordusu “Boko Haram” tərəfindən ələ keçirilən 170-dən çox insanı azad edib

Nigeriya hərbçiləri “Boko Haram” t'kfirçi- terror qruplaşmasının ölkənin şimal-şərqində yerləşən Borno ştatında əsir saxladığı 178 nəfəri azad ediblər

Ahlibeyt.az-ın məlumatına görə,bu barədə Salamnews RİA “Novosti”yə istinadla xəbər verir.

Nigeriya Silahlı Qüvvələrinin nümayəndəsi polkovnik Tukur Qusaunun sözlərinə əsasən, azad edilənlər arasında 101 uşaq, 67 qadın var: "Əməliyyat zamanı Nigeriya hərbçiləri qruplaşma komandirlərindən birini ələ keçirməyə və Mayduquri ştatının paytaxtından təxminən 70 kilometr cənub-şərqdə yerləşən Bama şəhəri ətrafında bir neçə terrorçu düşərgəsini təmizləməyə müvəffəq olublar."

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3556.html